Cəmiyyət 

Bakı metrosunda problem: Nasaz qatar gecikməyə səbəb oldu – AÇIQLAMA

“Bakı Metropoliteni” QSC metroda baş verən qatarların gecikməsi halı ilə bağlı açıqlama verib.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a bildirib ki, bu gün saat 18:37-də “Həzi Aslanov – Dərnəgül” xətti ilə hərəkət edən qatar nasazlıq səbəbilə “Nizami” stansiyasından depoya göndərilib.

O, həmçinin qeyd edib ki, sərnişinləri “Nizami” stansiyasında düşürüldükdən sonra depoya göndərilən qatarın əvəzinə ehtiyat qatar xəttə buraxılıb.

Qeyd edək ki, bu gün axşam saatlarında sözügedən istiqamətdə qatarların gecikməsi sərnişin sıxlığına səbəb olub.

Daha çox xəbərlər