Yaponiya səfirliyi: Bütün şəhidlərin xatirəsini dərin hüznlə anırıq
“20 Yanvar, bu gün Ümumxalq Hüzn Günüdür. Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi olaraq 20 yanvar 1990-cı il tarixində canından keçən bütün şəhidlərin əziz xatirəsini dərin hüznlə anırıq”.
ARANTV.AZ xəbər verir ki, bu fikirlər Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin feysbuk səhifəsində yer alıb.

