Hadisə 

Qar qəzalara səbəb oldu: Xəsarət alanlar var

Ağsu və Şamaxı rayonları ərazisində yol-nəqliyyat hadisələri baş verib.

ARANTV.AZ –ın məlumatına görə, yağan güclü qar, duman və buz səbəbindən bir neçə avtomobil sürüşərək bir-biri ilə toqquşub və aşıb.

Ağsuda “Mercedes-Benz” və “Hyundai” markalı avtomobillə toqquşub. Eyni zamanda, ərazidə “Mercedes-Benz” markalı avtomobil sürüşərək yolun kənarına düşüb. Xəsarət alan yoxdur.

Şamaxı şəhəri ərazisində isə iki avtomobil toqquşub. Nəticədə iki nəfər xəsarət alıb və Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daha çox xəbərlər