Bakıda avtomobil hasara çırpıldı: Ölən var
Xətai rayonu 8 Noyabr prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. İlkin məlumatlara görə, sürücü qəza nəticəsində ölüb, sərnişin isə aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda isə qeyd olunub ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda “Kia” markalı minik avtomobilinin daş hasara çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2000-ci il təvəllüdlü Hüseynov Zeynal Yusif oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

