Hava 

Hava şəraiti ilə bağlı avtomobil yollarının vəziyyəti açıqlandı

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Azərbaycanda müşahidə edilən qarlı hava şəraitində bölgələrə sərnişinlərin çatdırılmasını normal qaydada yerinə yetirir.

Bunu Trend-in sorğusuna cavab olaraq BBAK-dan bildiriblər.

“Qarlı hava şəraiti ilə əlaqədar BBAK-dan rayon və şəhərlər istiqamətində hərəkət edən avtobusların qrafikində heç bir dəyişiklik olmayıb. Avtobuslar həmişəki qrafiklə hərəkət edirlər”, – məlumatda deyilir.

Daha çox xəbərlər