Hadisə 

Abşeronda 40 yaşlı kişini cərəyan vuraraq öldürüb

Yanvarın 19-u saat 14 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini 1982-ci il təvəllüdlü Elməddin Məmmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan “İki sahil”ə verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, Elməddin Məmmədov qonşusuna məxsus fərdi yaşayış evinin dam örtüyünün kəsişmələrinə maye yapışqan vuran zaman dam örtüyünün 1 metr hündürlüyündən keçən elektrik naqilinə toxunması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Daha çox xəbərlər