Qeyri-neft sənayesində əlavə dəyər 18 faizə yaxın artıb – Nazir
2021-ci ildə Azərbaycanın qeyri-neft sənayesində əlavə dəyər 17,8%, qeyri-neft emal sənayesində isə 21,7% artıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində yazıb.
Nazir qeyd edib ki, qeyri-neft sənayesinin qeyri-neft ÜDM-də xüsusi çəkisi 2021-ci ildə 9,6%-ə çatıb.
“Bu da 2020-ci (8,5%) və 2019-cu (7,6%) illərlə müqayisədə daha yüksək göstəricidir”, – M.Cabbarov deyib.

