Gündəm 

“BAHALAŞMA OLMAZ, FƏLAKƏTƏ GƏTİRİB ÇIXARACAQ” VİDEO

Fəzail Ağamalı: “İşıq kənardan gəlmir, qaza və suya olan ehtiyacını özü ödəyir”

Bu gün TV Müsavatın efirində yayımlanan “Dərin Təhlil” verilişində ölkədəki bahalaşma mövzusu da müzakirə edilib.

ARANTV.AZ xəbər verir ki, millət vəkili Fəzail Ağamalı bu mövzuda fikirlərini səsləndirib və təkliflər verib.

F.Ağamalı bildirib ki, heç bir halda Azərbaycanda qazın, suyun, işığın qiymətini bahalaşdırmaq olmaz: “Bu, böyük bir fəlakətə gətirib çıxara bilər. O şey ki, Azərbaycandan asılıdır, onun qiymətini artırmaq olmaz. Xahiş və tövsiyyə edərdim ki, səlahiyyətli qurumlar bu haqda heç bir addım atmasınlar, heç bu haqda düşünməsinlər. Bu gün dövlətiimizin imkanı var. İşıq kənardan gəlmir, qaza və suya olan ehtiyacını özü ödəyir. Bunu Sibirdən gətirmirik. Bu məsələdə gərginlik yaranmaması üçün bahalaşmaya getmək olmaz”.

10a520a8-27c8-4c13-9574-a84e671b23ce.jpg (265 KB)

Hazırda canlı yayımlanan verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiz.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Daha çox xəbərlər