Əsas səhifə Gündəm 

Ağdam səfərində keçirdiyim hisslər-FOTO

30 il işğal altında qalan torpaqlarımızı azad etməklə Xalqımız uğurlu bir tarixə imza atdı. İndi biz qalib ölkənin vətəndaşı olaraq möhtəşəm xoşbəxt hisslərlə yaşayırıq. 44 günlük ikinci Qarabağ müharibəsində misili görünməyən igidlik nümunələri göstərən müzəffər ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün xalqımıza bu hissləri yaşatdı. Qalib ölkənin vətəndaşı kimi qədim Azərbaycan torpağı Ağdam Şəhərində olarkən bu günləri gördüyümdən bir daha bəxtiyarlığıma əmin oldum . Cənab prezidentin dəmir yumruq tablosu qarşısında qürur hissi ilə dedim ki, Bura Azərbaycandır, Bura Qarabağdır və biz bir yumruq altında birləşərək Böyük və güclü Azərbaycan dövlətində bundan sonrada möhtəşəm qələbələrə imza atacağıq. QARABAĞ AZƏRBAYCANDIR!!

Aran Tv-nin təsisçisi Vüsal Bayramov

Daha çox xəbərlər