Gündəm 

“ŞUŞANI SATAN”lar haqda bir neçə kəlmə…

Bu millətdən millət çıxası deyil. Ağır sözdür, bilirəm. Dilim, ağzım qurusun. Amma yana-yana deyirəm. Soçidə baş verən biabırçı bir hadisənin, qeyrət və namus qalamız olan Şuşanın adı üzərində bakılı KVN-lərimizin apardıqları siyasi alverin millətimiz adına necə ləkə sağalmaz yara vurduğunu açıqca göstərdi. Bunun başqa adı yoxdur. Rusiyanın Soçi şəhərində tarixi düşmənimiz olan çoxlu erməninin yaşadığı barədə yəqin ki, məlumatsınız.
Burada keçirilən KVN yarışmasında bizim də komandamız iştirak edirdi.Özü də möhtəşəm ŞUŞA ADIYLA! Bu ad daşnakların xoşuna gəlmədiyindən adın dəyişdirilməsi təklifilə çıxış ediblər. Komandamız da maymaqcasına ŞUŞADAN imtina edərək Buta adıyla çıxış etməyə razılaşıblar.
Utanıb yerə girəsiniz. Nədən çəkinmisiniz!? Nədən?! Şuşa Azərbaycandır. 30 il düşmən tapdağı altında qalıb. Bir ildir ki, bu müqəddəs torpaq 100-lə şəhidimizin qanı, qəhrəman qazilərimizin igidliyi və cəsarəti, nəhayət, Ali Baş Komandamızın geri dönməyən inamı və qətiyyəti hesabına düşmən əsarətindən azad edilmişdir. Yaxşı ki, bunları müharibəyə göndərməyiblər. Həmən təslim olub torpağı satardılar. Yox!!! Bir “ŞUŞANI” qoruya bilməyənə bütöv Qarabağı tapşırmaqmı olar?! Yaxşı deyək ki,   ŞUŞADAN qorxub imtina etdiniz. Yadıma Qarabağ düşdü. O zaman komadaya bu adı qoyaydınız… Buna baş və ağıl lazımdır. O da ki, yoxdur.
ELDAR SABİROĞLU
moderator.az

Daha çox xəbərlər