Hadisə 

Bakıda müşahidə kamerası oğurlanıb

Bakıda gözəllik salonundan oğurluq olub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 22-nə keçən gecə F.Yusifov küçəsindəki gözəllik salonlarının birindən müşahidə kamerası və kosmetik ləvazimatlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılıb.

Araşdırma aparılır.

Daha çox xəbərlər