Azad edilmiş ərazilərdə balıqçılığın inkişaf etdirilməsi üçün tədqiqatlara başlanılıb
AMEA-nın Zoologiya İnstitutunda Azərbaycanın ərzaq təhlükəsizliyi və əhalinin daha keyfiyyətli qidalarla təmin olunmasına dəstək vermək məqsədilə işğaldan azad olmuş ərazilərin potensialından istifadə etmək üçün tədqiqatlara başlanılıb.
ARANTV.AZ xəbər verir ki, bunu Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Süleyman Süleymanov deyib. O bildirib ki, Azərbaycanda balıq istehlakının ildən-ilə azalmasının qarşısını almaq üçün işğaldan azad edilmiş ərazilərin balıqçılıq potensialının inkişaf etdirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, qlobal iqlim dəyişikliyi səbəbindən Azərbaycanın çaylarında suyun səviyyəsinin aşağı düşməsi balıq ehtiyatının azalmasına səbəb olub.

