İstanbul hava limanında uçuşlar dayandırıldı

İstanbul hava limanında uçuşlar dayandırıldı

İstanbulda güclü qar yağması ilə əlaqədar hava limanlarının işində fasilələr yaranıb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, İstanbul hava limanında təyyarələrin uçuşu 1 saatlıq dayandırılıb.

Qeyd olunur ki, bu müddət ərzində uçuş-eniş zolaqlarının təmizliyi aparılacaq.

Eyni zamanda, Sabiha Gökçen hava limanında da bir sıra uçuşların ləngidiyi deyilir.Sinoptiklərin məlumatına əsasən, ötən gündən etibarən İstanbulda başlayan güclü qar çərşənbə gününə kimi davam edəcək.