Narkomanlığın zərəri ilə bağlı avtobus dayanacaqlarında sosial lövhələr quraşdırılıb
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Dövlət Komissiyasının sədri Əli Əhmədovun müvafiq tapşırıq və göstərişlərinə əsasən Dövlət Komissiyasının İşçi Qrupunun təşəbbüsü ilə sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı müasir dizayn ilə 40 ədəd sosial lövhə tərtib edilib.
ARANTV.AZ xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi ilə əməkdaşlıq çərçivəsində cari ilin 21 yanvar tarixindən etibarən həmin sosial lövhələrin avtobus dayanacaqlarında yerləşdirilməsi təmin edilmişdir.






