Hadisə 

Azərbaycanda ər-arvad dəm qazından zəhərləndi

Siyəzəndə iki nəfər dəm qazından zəhərlənib.

Lent.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Zarat kəndində qeydə alınıb.

Kənd sakinləri – 48 yaşlı Fərzəliyev Güləddin Şərafəddin oğlu və həyat yoldaşı, 42 yaşlı Fərzəliyeva Mina Vaqif qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olublar.

Onların dəm qazından zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər