İstanbula giriş dayandırıldı
Güclü qar səbəbiylə bir sıra avtomagistrallar vasitəsilə İstanbula giriş dayandırılıb.
Bu barədə Türkiyənin Avtomobil Yolları İdarəsi məlumat verib.
Məlumata görə, Anadolu və Trakyadan İstanbula giriş qadağan edilib.
Vəziyyətlə əlaqədar bütün nəqliyyat vasitələrinin Anadoludan İstanbula gələrkən Bursa, Yalova, İzmit, Kocaeli, Sakarya və Düzcedə müvafiq yerlərdə saxlanılacağı bildirlib.
Həmçinin, vətəndaşlara məcburi hallar istisna olmaqla, İstanbul istiqamətində yola çıxmamaları barədə xəbərdarlıq edilib.
Mənbə: “Haber Global”

