Gündəm 

“Şuşa”nı “Buta” edənləri xalq “məhşər ayağı”na çəkir – Rusiyadakı rəzalətə sərt etirazlar

Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022″) Azərbaycanı təmsil edən ”Şuşa” komandasının adının “Buta” ilə əvəzlənməsi ətrafında yaranan qalmaqal böyüyür. İctimaiyyət ayağa qalxıb, tanınmış simalar bir-birilərinin ardınca etirazlarını ifadə edirlər, sosial şəbəkələrin əsas müzakirə mövzusu da budur.

Komandanın rəhbəri, ssenarist və prodüser Müşviq Abbasovun verdiyi ilkin məlumatı bir daha diqqətə çatdırmağı vacib sayırıq. O bildirib ki, ilk turda uğurlu çıxışından sonra AMİK-in prezidenti Aleksandr Maslyakovun rəhbərlik etdiyi münsiflər heyəti komandanın “Şuşa” adı ilə davam edə bilməyəcəyi ilə bağlı xəbərdarlıq edib. Bundan sonra komanda adını dəyişərək “Buta” qoyub. Amma ikinci turdan sonra Aleksandr Maslyakovla danışıqlar nəticəsində komanda keçmiş adını özünə qaytarıb.

“Biz razılaşdıq ki, tamaşanı yalnız əvvəlki adla davam etdirək. Komanda ”Şuşa” adını saxlayıb və bundan sonra KVN-nin Sankt-Peterburq Liqasında bu adla çıxış edəcək”, belə deyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı redaktora Ruben (Jaqinyan) adlı şəxs deyib. Sözügedən şəxs isə milliyyətcə ermənidir.

Məhz ən çox etirazlara səbəb olan da bir erməninin yer aldığı məsələdə ŞHK üzvlərinin ikinci turda iştirak etmək üçün hər kəsin etirazına səbəb olan addımlar atmalarıdır.

M.Abbasov komandanın adının qaytarıldığını desə də, bu, tənqidlərin bitməyinə səbəb olmayıb. Belə bir addımın yolverilməz olduğu qeyd edilir.

Bəzi vətəndaşlar isə sosial şəbəkələrdə insanları “Bu şəhərdə” komandasını boykot etməyə, bundan sonra onların konsertlərinə getməməyə belə çağırırlar. Bu da təsadüfi deyil. Çünki Müşfiq Abbasov eyni zamanda “Bu şəhərdə” komandasının ssenaristidir.

Rafael İsgəndərov yeni doğulan nəvəsi ilə - FOTO

Müzakirələrlə bağlı Ölkə.Az-a danışan əməkdar artist Rafael İsgəndərov deyib ki, heç kim konsertə məcburi olaraq aparılmır:

“Mən o işlərdən tam uzaqdayam. Bilmirəm. Bu sualınıza Müşfiq özü cavab versə yaxşıdır. KVN-dən heç bir anlayışım yoxdur. Qaldı ki, camaatın təhqirinə, kim nə fikirləşir fikirləşsin. İstəmirlər gəlməsinlər, Allah canlarını sağ eləsin. Gəlirlər, yenə də Allah canlarını sağ eləsin. Bu barədə heç nə danışmaq istəmirəm. Çünki mövzu çox çeynənilib. Boykot edirlər, nə bilim nə edirlər.

Otursunlar, yaxşı fikirləşsinlər, yaxşı analiz eləsinlər. Nə edirlər etsinlər. Heç kəs heç kəsin filminə, konsertinə məcburi getmir. Gəlsələr də, gəlməsələr də sağ olsunlar”.

SON DƏQİQƏ! Tanınmış aktyor Coşqun Rəhimov dünyasını dəyişib?

Əməkdar artist Coşqun Rəhimov münasibət bildirməkdən çəkinib: “Mənim ondan (KVN) anlayışım yoxdur. Müşfiq Abbasov gələcək və bir prodüser kimi cavab verəcək. Artıq sözlərə ehtiyac yoxdur”.

Boykot çağırışlarından danışan aktyor bu sözləri deyib:

“Eybi yox, hər şeyi zaman göstərər”, – C.Rəhimov bildirib.

“O komandanı ora göndərəndə məndən, Bəhram Bağırzadədən, Cabirdən kimsə nəsə soruşmuşdu?”

 Bu sözləri AZXEBER.COM-a açıqlamasında “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanov bildirib.

O, “Şuşa” komandasının ermənilərin təkidi ilə adını “Buta” olaraq dəyişməsindən qəzəbləndiyini, onları ora göndərən dövlət qurumu açıqlama verəndən sonra geniş açıqlama verəcəyini deyib. O, bu fikirləri bildirməklə kifayətlənib: “Sualları o komandanı oraya göndərən dövlət qurumuna vermək lazımdır. Mənim öz fikrim var, istəyirəm ki, bu komandanı yaradanlar, oraya göndərənlər açıqlama versinlər. Neçə gündür ki, camaat ayağa qalxıb. Sosial şəbəkələrdə aktivləşiblər. Bütün Azərbaycan xalqı gözləyir, mən də gözləyirəm. Üstüörtülü yox, geniş açıqlama versinlər. Desinlər görək, komanda niyə çıxışdan imtina etməyib”.

Tahir İmanov bu aktrisa ilə baş rola çəkilmək istəyir - FOTO

T.İmanov daha sonra əlavə edib: “İnandırım sizi, bunu bizim ”Parni İz Baku”ya desəydilər, Anar Məmmədxanov nəinki orada qapını vurub gedərdi, hələ başqa şeylər də edərdi. Ümumiyyətlə, son illər bu KVN-lər fəallaşıb. Bir komanda getdi bizi biabır etdi, bu da ikincisi oldu. Bir dəfə olsun, məşhur KVN-çilərə müraciət ediblərmi, bununla bağlı bizə xəbər ediblərmi? Etməyiblər”.

Son olaraq, M.Abbasov Ölkə.az-a açıqlama verib. O, KVN komandasını tənqid edənlərə təhqirlə cavab verib: “Hamısı qələt edirlər, başlarını daşa döyürlər. Qeyrətləri, namusları, bircə qram vətənpərvərlik hissləri varsa, bütün bu neqativ yazanların, müsahibə verənlərin şəxsiyyətli, şəxsiyyətsiz olanların namuslu, namussuz olanların fərqi yoxdur, hamısına çağırış edirəm. İnşallah, mart ayında 1/8 finalda Sankt-Peterburq şəhərində bizim birinci oyunumuz ”Şuşa” adı ilə olacaq. Yenə də deyirəm, əgər onların şəxsiyyətləri varsa, oyunumuza bilet alıb gəlsinlər, dəstəkləsinlər, bizi alqışlasınlar və şahid olsunlar ki, aparıcı bizi necə təqdim edəcək”.

Afaq Bəşirqızı xəstəxanaya yerləşdirilib? | Report.az

Manset.az-a açıqlama verən xalq artisti Afaq Bəşirqızı KVN-çilərin bu addımını böyük səhv adlandırıb:

“Mən oradakı vəziyyətdən xəbərsizəm. Şuşa adının dəyişdirilməsinə birmənalı şəkildə qəti etiraz edirəm. Amma maraqlıdır, hansı şəraitdə bu belə oldu. Niyə “Şuşa” adı birdən-birə “Buta” oldu? Həmin festivalı yarımçıq qoyub gəlmək də olardı. Əgər deyildiyi kimi, hansısa erməni təşkilatçıya görə bu adı dəyişməkdənsə, yarışmanı tərk etmək lazım idi. Ümumiyyətlə, təşkilatçının belə addım atması hüquqi cəhətdən də doğru deyil. Şuşa mənim doğma torpağımdır. Öz şəhərimin adını qoymuşam. Mən niyə hansısa gic erməniyə görə bu adı dəyişməliyəm? Müşfiqi ağıllı oğlan kimi tanıyıram. Bilmirəm niyə bununla razı olub. Bu, böyük bir səhv oldu. Heç olmasa ölkəmizə, müəyyən qurumlara məlumat verəydi. Dəhşətdir! Bundan sonra hansı erməninin qabağını almaq olar? Adın dəyişilməyini istəyən erməni qələt edir, başını daşa döyür. Apar-gətir işinə baxan bir erməni sənə desin ki, Şuşa adını dəyiş, niyə? Əksinə, ona dağ qoymalıydılar. Olmasaydı da qayıdıb gəlməliydilər. Xalqımız da bilərdi ki, bu səbəbə görə festivalı tərk ediblər”.

Rasim Balayev - Vikipedi

Müzakirələrlə bağlı “Demokrat.az”a danışan xalq artisti Rasim Balayev bildirib ki, o da bu hərəkəti pis dəyərləndirir: “Turdan-tura keçmək üçün bu nə hərəkət idi? Əgər erməni belə deyirdisə, qayıdıb gələrdiniz də. Yəni buna münasibətim həddindən artıq çox mənfidir. Bunların bu hərəkətləri qəbuledilməzdir, biabırçılıqdır. Bunların bir rəhbərləri var, məsləhət etməli idilər. İkincisi də ki, mənim adım Şuşadır. Mənim adımı niyə ”Buta” qoyursunuz ki? Odur ki, bu hərəkətlərinə çox pis baxıram”.

Aqil Abbas: "Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur", General-mayor Polad  Həşimovun adına Qəbələdə küçə - BBC News Azərbaycanca

Milli Məclisin deputatı Aqil Abbas da ölkəmizi təmsil edən komandanın belə addım atmasını sərt tənqid edib: ““Şuşa” adının dəyişdirilməsinə münasibətim çox pisdir. O festivala tüpürüb, çıxıb gəlməliydilər. Vəssalam, bunun ayrı yolu yox idi. O ad uğrunda neçə qəhrəman oğullarımız şəhid olub, neçəsi sağlamlığını itirib. Müşfiq Abbasov açıqlamasında Ruben Jaqinyan adlı şəxsin onlara tədbirin təşkilatçılarının komandanın adını dəyişdirməyi təklif etdiyini bildirdi. İstəyir Jugen olsun, ya Qurgen, fərqi yoxdur. Onların Şuşa adını dəyişdirməyə nə ixtiyarı var? Gözləməzdim Müşfiqdən!”.

Elçibəyin eks-müşaviri Kamran Həsənli: "Həmin gecə Əbülfəz bəyi qaçırıb  kənara apardıq" - MÜSAHİBƏ - son xeberler

Tanınmış teleaparıcı Kamran Həsənli də məsələyə səssiz qalmayaraq sosial şəbəkədə öz mövqeyini bildirib: “Bilirəm ki, hər biriniz hiddətli olaraq mənə həmrəy olacaqsız. Məlum olduğu kimi, Azərbaycanın KVN komandası Rusiyaya yarışa gedib. Komandamız ”Şuşa” adı altında müsabiqəyə qoşulub. Komandamıza kimsə “Şuşa” adının dəyişdirilməsini tələb kimi qoyub. Yəqin ki, bu, rəsmi müraciət olmayıb. Çünki komandamıza rəsmi olaraq “Şuşa” adının dəyişdirilməsi ilə bağlı müraciət olunsaydı komandamız da rəsmi olaraq cavab verərdi və bu da böyük səs-küyə səbəb olardı. Amma görünür ki, kimsə xox gəlib ki, növbəti mərhələyə keçmək üçün komandanın adı dəyişdirilməlidir.

Görünür ki, komandamız, oradakı oğlanlar da qorxaraq, “Şuşa” adını “Buta” ilə dəyişiblər və bu adla qalib gəlib, Azərbaycana dönmək istəyirlər. Bu, qorxaqlıqdır! Çünki bizim igidlərimiz Şuşa şəhərini qan tökərək alıblar və bütün dünyaya sübut ediblər ki, dünyanın ən güclü hərbiçiləri bizdədir. Bunu dünyanın hərbiçi ekspertləri, hətta düşmənin özü də təsdiqlədi. İndi də KVN komandamız adın dəyişdirilməsinə etiraz olaraq geri dönsəydi, biz onları qəhrəman kimi qarşılayardıq. Elə birdəfəlik adını ya “qotaz”, ya da “baxrama” qoyardınız!”

Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə yeni təyinat

Məryəm Qafarzadə: “Bu məsələ nazirliyin nəzarətində deyil”

Mədəniyyət Nazirliyi də məsələyə münasibət bildirib Nazirliyin mətbuat katibi Məryəm Qafarzadə “Yeni Müsavat”a bunları deyib: “Bu məsələ nazirliyin nəzarətində deyil. Bizə bununla bağlı heç bir müraciət daxil olmayıb. Nazirliklə bu məsələnin heç bir əlaqəsi yoxdur”.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əməkdar artist, “Bakılı oğlanlar”, “KVN” teatrının aktyoru Bəhram Bağırzadə komandanın adının dəyişdirilməsi məsələsinə qarışmaq istəmədiyini bildirib:

“Mən xəstəyəm deyə bir çox mövzuya reaksiya verə bilmirəm. Söhbət 2000-ci ilin KVN-dən getsəydi, mən cavab verməyə hazır idim. Necə əsrin çempionu olmuşuq, bu barədə danışardım. Sonuncu dəfə 20 il bundan qabaq KVN-də oynamışam, artıq illərdir oynamıram. Komandanın adının dəyişdirilməsi ilə bağlı oradakı iştirakçılara, təşkilatçılara sual verilməlidir. Müşviqdən soruşun ki, ”Ay Müşviq, niyə belə elədin?” O cavab versə, lap yaxşı olar”.

Fazıl Mustafa - Vikipedi

Fazil Mustafa: “Bu, həm də digərləri üçün dərs oldu”

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa isə məsələnin bu qədər gündəmdə saxlanılmasını doğru saymır: “Bilirsiniz, ermənilər artıq bundan da təsəlli tapırlar. Amma bizim yanaşmamız fərqlidir. Biz əsas Şuşanın özünü almışıq. Təbii ki, Şuşa adını da güzəşt etmək olmaz. Bütün hallarda bu adı qorumaq üçün bütün platformalarda çalışmalıyıq. İstənilən halda bu adı dəyişmək böyük səhv idi. Amma onlar da dəyərli, intellektual vətəndaşlarımızdır. Bu formada təhqir etmək də doğru deyil. Bir səhv etdilər, onu da düzəltdilər. Bununla bağlı bir problem qalmayıb. Açığı, bunu mətbuatda bu formada müzakirəyə çıxarmaq, tirajlamaq yanlışdır. Bu, onların orada rahat şəkildə fəaliyyət göstərmələrinə çətinliklər yarada bilər. Əgər Şuşa adını qaytarmasaydılar, ümumiyyətlə, yarışlara qatılmaq düzgün olmazdı. Amma bütövlükdə bu adı qaytarıblarsa, bunu gündəm mövzusuna çevirmək doğru deyil. Bu platformada da uğur qazanmağımız ölkəmizin imicinə müsbətlər gətirər. Onun üçün də bu məsələdə daha ehtiyatlı olmalıyıq. Amma bu, həm də digərləri üçün dərs oldu. Belə platformalarda siyasi cəhətdən daha hazırlıqlı olmaq vacibdir”.

Daha çox xəbərlər