Nazir: Vergi inzibatçılığının təkmilləşdirilməsi davam edir
2021-ci ildə səyyar vergi yoxlamalarının sayı 2018-ci illə müqayisədə 4,5 dəfə azalsa da, bir səyyar vergi yoxlamasına düşən hesablanmış vergi məbləği 4 dəfə artıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabınsa yazıb.
Nazir qeyd edib ki, qeyri-neft sektoru üzrə vergi daxilolmalarında könüllü vergi ödənişlərinin xüsusi çəkisi 90%-ə yaxınlaşıb.
“Vergi inzibatçılığının təkmilləşdirilməsi və bununla bağlı keyfiyyət göstəricilərində müsbət tendensiya davam edir”, – M . Cabbarov əlavə edib.

