“Gələcəyinə işıq ol” təlimi keçirildi
Qaradağ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Gələcəyinə işıq ol” təlimi keçirildi. ARANTV.AZ xəbər verir ki, Təlimdə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Baku İT Academy təlim mərkəzinin rəhbəri Səfərəli Əliyev, Elektropark Şirkətinin Rəhbəri Seymur Axundov, CPlus MMC şirkətinin rəhbəri Cahandar Manafov çıxış etdilər. Təlimçilər IT sahəsində necə inkişaf etməli ?Kibertəhdidlərdən necə qorunmalı ? Proqramlaşdırma nədir? Öz kariyeramda ilk nədən başlamalı? Mövzularda çıxışlar edərək gənclərin suallarını cavablandırdılar. Təlimin sonunda iştirakçılara sertifikatlar teqdim edildi.





