Hadisə 

Bakıda sərxoş kişi dənizə düşüb

Yanvarın 25-də saat 23:00 radələrində Dənizkənarı Milli Parkın ərazisində Qobustan rayon sakini Ü.Nəsirov sərxoş vəziyyətdə dənizə düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən o xilas edilərək xəstəxanaya yerləşdirilib.

Hazırda Ü.Nəsirovun vəziyyəti qənaətbəxşdir.

Daha çox xəbərlər