Səfirdən Rusiya şirkətlərinin azad edilmiş ərazilərin bərpasında iştirakı ilə bağlı açıqlama
Rusiya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak etmək üçün 14 müraciət edib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu şirkətlərin fəaliyyəti əsasən kənd təsərrüfatı, dəmiryol tikintisi, enerji obyektlərinin tikintisi və digər işlərdən ibarətdir.
“Hələlik, bu şirkətlərin müraciətlərinin Azərbaycan tərəfindən nə vaxt qəbul olunacağını deyə bilmərəm”, – səfir deyib.

