İstanbulun qarla imtahanı davam edir: Bəzi sürücülər 33 saatdır yolda qalıb – FOTO
Türkiyənin İstanbul şəhərinə yağan güclü qar səbəbiylə dünəndən çox sayda insan Hadımköydə yolda qalıb.
Minik avtomobilləri, mikroavtobus, yük maşını kimi bir çox nəqliyyat vasitələri saatlarla yolda gözləyir: bəzilərinin 33 saata qədər yolda qaldıqları bildirilir. Bir çox avtomobil tamamilə qarla örtülüb.
Nəqliyyat vasitələrinin sıxlığı səbəbindən tuneldə uzun növbələr yaranıb.
Mənbə: TRT Haber

