“Omikron”a yoluxan ambulator xəstələrin sayı artdıqca səhiyyə yükü artır – RƏSMİ
“Bu gün koronavirusun yeni ştammı olan “Omikron”un törətdiyi yeni dalğa müşahidə edilir”.
ARANTV.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, yeni ştammın digər növlərdən fərqli olaraq yoluxuculuğu daha sürətlidir:
“Buna baxmayaraq, virusa yoluxanların təcrid müddəti qısa dövrlüdür. Xəstəlik yüngül keçdiyindən xəstəxanaya yatış sayında artım müşahidə edilmir. Ambulator həlqədə xəstələrin sayı çoxalıb. Bu da səhiyyə yükünün nisbətən artması deməkdir”.

