Cəmiyyət 

Evdə özünümüalicə ilə məşğul olmayın

“Əhali özünümüalicə ilə məşğul olmasın”.

ARANTV.AZ  xəbər verir ki,  bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “COVID-19” mövzusunda çıxışında deyib. O bildirib ki, dəfələrlə bunun əks effekt verdiyi görülüb: “Bəzən dərman qəbul etməklə xəstəxanaya yatışı gecikdirirlər. Bu halda xəstənin vəziyyəti ağırlaşır”.

T. Eyvazov qeyd edib ki, PZR testlər bütün ştamların nukleur turşusunu müəyyən edir: “Əvvəldən standart tətbiq olunan testlər bütün variantları təyin etməyə imkan verir. Onun hansı mutasiya olmasını müəyyənləşdirmək üçün ayrıca müayinələr aparılır. Bunlar bahalı müayinələrdir və praktik əhəmiyyəti yoxdur”.

Daha çox xəbərlər