Hadisə 

Bakıda evlərdən və mebel sexindən oğurluq edən şəxs ƏLƏ KEÇDİ – FOTO/VİDEO

Xəzər rayonu Binə qəsəbəsində yeni tikilməkdə olan evlərdən birindən oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, zərərçəkən Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək evdən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını bildirib.

Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Binə qəsəbəsində yaşayan Əliqismət Əzizov qısa zamanda saxlanılıb.

Polis Şöbəsində araşdırma aparılan zaman onun Binə qəsəbəsində əlavə olaraq 6 evdən və 1 mebel sexindən oğurluq etdiyi müəyyən edilib. Əliqismət Əzizov izahatında etdiyi oğurluqları etiraf edib.

Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Əliqismət Əzizovun paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər.

 

Daha çox xəbərlər