Nərminin həmyaşıdı olan əmisi oğlu məhkəmədə ifadə verib
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ARANTV.AZ xəbər verir ki, bu gün Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə Nərmin Quliyevanın əmisi oğlu və sinif yoldaşı Ayxan Quliyev ifadə verib. Şahidin sözlərinə görə, Nərmin sonuncu gün onlara gəlib: “Nərmin həmin gün atasının kurtkasını götürmək üçün bizə gəlmişdi. Eyni vaxtda mən zibil atmaq üçün evdən çıxdım, geri qayıdanda Nərmin artıq getmişdi”.
Vəkillər əlavə suallar olduğunu bildirərək şahdin növbəti iclasda ifadəsini davam etdirməsini istəyiblər.
Proses fevralın 9-da davam etdiriləcək.

