Hadisə 

Sumqayıtda yaşlı kişi dəm qazından boğulub

Sumqayıtda tək yaşayan kişi dəm qazından boğulub.

ARANTV.AZ  xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Fərdi yaşayış evində tək yaşayan 1949-cu il təvəllüdlü Əzimov Xandadaş Səttar oğlu dəm qazından boğularaq ölüb.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər