Qəbul edilən qərarlar İran və Azərbaycan arasında hərbi əməkdaşlığı gücləndirəcək
“İran və Azərbaycan rəsmilərinin görüşləri səmimi atmosferdə keçirildi”.
ARANTV.AZ xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “Twitter” səhifəsində yazıb.
O bildirib ki, Azərbaycan müdafiə naziri Zakir Həsənovun İran rəsmiləri ilə görüşləri səmimi və dostluq şəraitində keçib: “Danışıqlar və qəbul edilən qərarlar İran və Azərbaycan arasında hərbi və texniki əməkdaşlığı gücləndirəcək”.

