Zəngəzur dəhlizi və “3+3” platforması bölgədə dayanıqlı sülhün, sabitliyin və təhlükəsizliyin qarantı olacaq
Azərbaycanın liderliyi ilə bölgəmiz dünyanın ən cəlbedici və təhlükəsiz bölgəsi olacaq
44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərdən sonra bölgəmiz Azərbaycanın liderliyi ilə, daha doğrusu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət nəticəsində bölgəmiz dünyanın ən cəlbedici və təhlükəsiz bölğəsi olacaqdır. Qeyd etmək lazımdır ki, möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasətin prioritetlərindən biri də Azərbaycan xalqının dünyada ən tolerant xalq kimi, multikultural dəyərlərlə zəngin bir millət kimi dünyaya tanıdılmasından ibarət idi. Minnətdarlıqla deməliyik ki, möhtərəm Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü genişmiqyaslı işlər, həm YUNESKO həm də İSESKO-nun xoşməramlı səfiri kimi, rəhbəri olduğu Heydər Əliyev Fondunun əməkdalıq etdiyi BMT eləcə də, bir sıra beynəlxalq təşkilatlarla həm ölkəmizdə, həm də ölkəmizdən xaricdə gördüyü mühüm layihələr sözün həqiqi mənasında Azərbaycanı dünyada humanizm beşiyi kimi tanıtdı. Dövlət başçımız hələ II Qarabağ savaşına qədər də hər dəfə çöxışlarında “…Ermənistan işğal etdiyi torpaplardan çıxarsa qonşuluq siyasətimizi bərpa edə bilərik..” fikirləri həm bölgəyə, həm təcavüzkar Ermənistana həm də beynəlxalq ictimaiyyətə göndərilmiş simarişlər idi. Daha doğrusu, Prezidentimizin bu çıxışları Azərbaycan xalqının humanist bir xalq olduğunun göstəricisi idi. Bu mənada 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən həmən sonra Müzəffər Ali Baş Kamandanımız xalqımıza ünvanladığı təbrikində ifadə etdiyi “…biz bölgə tarixinin yeni mərhələsinə qədəm qoyuruq…” fikirləri bölgə xalqlarının gələcək taleyinə işıq saçdı.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı söyləyib.
Deputat bildirib ki, beynəlxalq təşkilatlarda öz dünyəvi və humanist təşəbbüsləri ilə tanınan möhtərəm Prezidentimiz hələ Vətən müharibəsindən sonra bölgə xalqlarının təhlükəsizliyi, dayanıqlı inkişafı naminə bu ölkələrinin gələcəkdə sıx əməkdağlığı üçün “3+3” platformunun yaradılmasını təklif etdi. Bu təklif ilk günlər bəzi qonşular tərəfindən birmənalı qarşılanmasa da ən qısa zamanda Gürcüstan xaric tam dəstəkləndi. Əslində “3+3” platformu öz perspektinə, iqtisadi, siyasi cəhətdən o qədər əhəmiyyətlidir ki, hər kəs əmindir ki, bu platform daha çox ölkələrin əməkdaşlığı üçün əvəzedilməz təşkilat olacaq.
Möhtərəm Prezidentimizin uzaqgörən siyasətinin nəticəsidir ki, bölgəmizin sülhün, barışın, sabitliyin və dayanıqlı inkişafın mərkəzinə çevrilməsi üçün bu platformanın şah damarı olacaq Zəngəzur dəhlizinin ən yaxın zamanlarda istifadəyə verilməsi üçün bütün imkan və resurslar səfərbər olunub. Qısa müddət keçməsinə baxmayaraq, artıq “3+3” platforması Avropa strukturlarının, ABŞ, hətta Asiya ölkələrinin də diqqətini cəlb etmişdir. Prezident İlham Əliyev İran İslam Respublikasının yol və şəhərsalma nazirini qəbul edərkən etdiyi çıxışında da bunu qeyd etmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, tarixən Azərbaycan xalqına qarşı düşmən mövqeyində olan, zaman-zaman əcdadımızın məskəni olmuş tarixi torpaqlarımızı işğal etməyə nail olan təcavüzkar Ermənistanda hazırda Zəngəzur dəhlizinin Ermənistan ərazisindəki hissəsində də işlərı başlanılıb. Bu gün işğaldan azad olan ərazilərdə görülən əzəmətli işlər bu dilbər güşənin dünyanın ən gözəl diyarlarından birinə çevirəcək. Bu mənada möhtərəm Prezidentimizin həm ölkəmizdə, həm də xaricdə Qarabağın inkişaf perspektivlərindən danışarkən hər kəs əmin olur ki, Qarabağ dünyanın dostluq, həmrəylik məkanı olacaq. Bütövıükdə həm Qarabağda, həm bölgədə gedən proseslər və aparılan quruculuq işlər Azərbaycanın mədəniyyət paytaxtı olam Şuşanı gələcəkdə dünya mədəniyyətinim mərkəzi edəcək.
Xarırlatmaq lazımdır ki, tarixi şəhərimiz olan Şuşa Sovet vaxtında da İttifaq səviyyəsində ənənəvi olaraq mədəniyyət və incəsənət festifallarının keçirildiyi bir şəhər olubdur. Şuşanın tarixən hər zaman Qafqazın ədəbi-mədəni mərkəzlərindən olub. Şuşa mütləq öz tarixi şöhrətinə qayıdacaq. Ümumiyyətlə Qarabağın işğaldan azad olunması Azərbaycanın və bölgə ölkələrinin gələcək rifahı üçün yeni perspiktivlər yaratmaqla bərabər həm də Türk dünyası, Avrasiya coğrafiyasında yerləşən bütün ölkələr üçün də yeni reallıqlar yaratmışdır. Qeyd etdiyim kimi bölgənin şah damarı olacaq və hazırda inşası sürətlə aparılan Zəngəzur dəhlizi isə ən əlverişli və unikal nəqliyyat loqistik layihə kimi bütün maraqlı ölkələrə böyük iqtisadi devident gətirəcək. İşğaldan azad olmuş ərazilərdə bərpa-quruculuq işləri hələ tamamlanmayıb. Amma buna baxmayaraq ölkəmizə gələn yüksək səviyyəli xarici qonaqlar keçirdikləri görüşlərdə Azərbaycana, xüsusilə Qarabağa olan diqqət və maraqlarını ifadə edirlər. Qardaş Türkiyə, İtaliya, İngiltərə, Rusiya, İsrail kimi ölkələr Qarabağın geosiyasi, iqtisadi əhəmiyyətini qiymətləndirərək, ilk gündən böyük layihələrlə öz töhfələrini verirlər. Ümumiyyətlə, həm Zəngəzur dəhlizi, həm də bölgədə yaradılmış “3+3” platforması bölgə xalqları arasında dostluğun, qonşuluğun və həmrəylin möhkəmləndirilməsində eləcə də bölgədə dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin, əmin-amanlığın və inkişafın qarantı olacaq.

