Hadisə 

Abşeronda iki nəfər dəm qazından zəhərlənib

Abşeron rayonunda iki nəfər dəm qazından zəhərlənib.

ARANTV.AZ xəbər verir ki, hadisə Xirdalan şəhəri və Masazır qəsəbəsində qeydə alınıb. Belə ki, Xırdalan şəhər sakini 2006-cı il təvəllüdlü Musayeva Həvva Rəcəb qızı, Masazır qəsəbə sakini Güldəstə Səfərova yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər