AKİA ötən il 310 milyon manat subsidiya ödənişi həyata keçirib
Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ötən il 310 mln. manat həcmində subsidiya ödənişi həyata keçirib.
ARANTV.AZ xəbər verir ki, bu barədə AKİA-nın sədr müavini Leyla Məmmədova “Aqro-Turizm İnvestisiya Forumu”nda deyib.
Onun sözlərinə görə, ötən il müxtəlif istiqamətlərdə istehsalının genişləndirilməsi üçün kənd təsərrüfatı obyektlərinin sahiblərinə 70 mln. manatlıq aşağı faizli kreditlər, güzəştlər və mikro kreditlər verilib.

