Direktor: Bağçaların təhvil-təslim prosesi davam edir
“Bağçalar hazırda təhvil-təslim prosesindədir. Planlar ondan ibarətdir ki, bağçalarda da yaş qruplarına uyğun müəyyən tədris məsələlərinə yenidən baxılsın”.
ARANTV.AZ xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib.
Onun sözlərinə görə, bağça tərbiyəçilərinin kütləvi şəkildə təlimlərinin təşkil olunması, onların peşəkar inkişafının artırılması, ümumiyyətlə onların qiymətləndirilməsi ilə bağlı məsələlər gündəmdə ola bilər: “Bununla bağlı böyük işlər görülməlidir. Kurrikulum, dərslik, müəllim məsələlərinə çox güman yenidən baxılacaq”.

