Cəmiyyət 

“Güzəştli pensiyalarla bağlı qanunvericilik təşəbbüsü yoxdur”

Güzəştli pensiyalarla bağlı qanunvericilik təşəbbüsü yoxdur.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev jurnalistlərə açıqlamasında deyib.

Nazir müavininin sözlərinə görə, hazırda güzəştli pensiyalarla bağlı müəyyən araşdırmalar aparılır.

O qeyd edib ki, məsələ ilə bağlı qanunvericilik təşəbbüsü yoxdur: “Hazırda sırf nazirlik daxilində müzakirələr aparılır”.

Daha çox xəbərlər