Gündəm 

Biz dəmir yumruq altında birləşərək böyük və güclü Azərbaycan dövləti quracağıq!

Bu tarixi qələbəni biz bir xalq olaraq yazmışıq

 

Mən Vüsal Bayramov ARAN Tv və ARAN Media qəzetinin qurucusu kumi bu gün Erməni işğalçılarından azad etdiyimiz Ağdam şəhərindəyəm. Şanlı bayrağımızın dalğalandığı bu qədim qalanın üzərindən erməni vandalları tərəfindən talan olmuş Qarabağın dilbər guşəsi olan şəhərə baxıram.

İlk öncə ən qədim insan məskəni olan Azərbaycanımızın Ağdamı haqqında qısa məlumat vetmək istəyirəm. Ağdam şəhəri Azərbaycanın füsunkar təbiəti olan Qarabağın mərkəzində Kür-Araz ovalığıının qərbində yerləşir. Bildiyimiz kimi, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Şəhərin ərazisindən Qarqar və Xatın çayları axır. Ağdam şəhəri Pənahəli xanın adı ilə daha çox bağlıdır. Zamanında Pənahəli xan ağ daşdan özünə türbə tikdirmişdi ki, elə o vaxtdan bu şəhərin adı Ağdam səsləndirilmişdir. 1993-cü il 23 iyulda bu şəhər Ermənistan ordusu tərəfindən işğal edilərək ağılasığmaz talanlara məruz qalmışdır. 2020-ci il noyabrın 20 də isə buradan gördüyüm Ağdam talan olunmuş, viran qalmış vəziyyətdə Azərbaycana qaytarılmışdır. Bu gün qürur hissi ilə bu şəhəri ziyarət etməyə gəlmişəm.

 

Azad edilmiş torpağın üzərində addım-addım Ağdam məscidini ziyarət edərkən işğal dövründə erməni vandallarının ibadət ocağımızda donuz və mal-qara saxladıqları bir anlıq gözümün önündən keçdi. Məscidin hər daşı, hər divarı doğma yurdun qədim salnaməsini ifadə edirdi. Daha sonraŞahbulaq qalasında oldum. Bu qala haqqında kifayət qədər məlumatlı  olduğum üçün deyə bilərəm ki, Qarabağ xanlığının ərazisində tikilərək Şah Bulağı olan yerdə inşa edilmişdir, elə məhz bu bulağın adı da qalaya verilmişdir. Qala 1751-1752 ci illərdə Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilmişdir.

Daha sonra qanları,canları ilə birinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşaraq şəhid olan, 30 il qəbirləri girov qalmış şəhidlərimizin qəbirlərini ziyarət etdim və bir daha əmin oldum ki,sinəsi yaralı Ağdam torpağı  bir daha düşmənə məğlub olmayacaq. Yağı düşmənə aman verməyən şəhid qardaşlarımın qarşısında baş əyib dualar oxuyaraq, bu qələbəni bizə yaşadan Azərbaycan prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevin tablosu önünə gəldim.

Cənab Ali Baş Komandanın “ Dəmir Yumruq” əsəri qarşısında yaşadığım hissləri son olaraq sizinlə birdaha bölüşmək istəyirəm. Qalib ölkənin vətəndaşı olmaq inanılmaz hissdir. 44 günlük müharibədə misilsiz igidlik nümünələri göstərən müzəffər ordumuz Ali Baş Komandanın rəhbərliyi altında bütün xalqımıza möhtəşəm  qələbə hissləri yaşatdı. Indi qalib vətəndaş olaraq deyə bilərəm ki, bu tarixi qələbəni biz bir xalq olaraq yazmışıq. 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıqlar yaradaraq Dəmir Yumruq qalib gəldi. Qalib ölkəmizin Qalib nümayəndəsi kimi Ağdamdan Cənab Prezident Ali Baş Komandanın möhtəşəm tablosu qarşısında qürur hissi ilə deyirəm,bura Azərbaycandır! Bura Qarabağdır! Biz dəmir yumruq altında birləşərək böyük və güclü Azərbaycan dövləti quracağıq!QARABAĞ AZƏRBAYCANDIR!!! Bizi Qarabağla birləşdirən Zəfər yolun mübarək olsun Azərbaycan!!!

Vüsal Bayramov

Daha çox xəbərlər