“Qarabağla bağlı çəkiləcək filmin hazırlıq işləri gedir”.
ARANTV.AZ xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
“Filmin çəkilişləri hələ başlamayıb, büdcə və heyətlə bağlı işlər gedir”, – məlumatda deyilir.
Qeyd edək ki, mədəniyyət naziri Anar Kərimov bu il Qarabağla bağlı filmlərin çəkiləcəyini açıqlamışdı.
