Tacikistan və Qırğızıstan sərhədində gərginlik: Yaralananlar var – VİDEO
Tacikistan və Qırğızıstan sərhədində iki ölkənin sərhəd xidmətləri arasında atışma başlayıb.
Bu barədə Qırğızıstan Sərhəd Xidmətinin mətbuat idarəsi məlumat yayıb.
Məlumata görə, Tacikistan tərəfi Qırğızıstan sərhəd mühafizəçiləri ilə atışma zamanı minaatanlardan və qumbaraatanlardan istifadə edir.
Artıq hər iki tərəfdən bölgəyə ordu, polis və təhlükəsizlik qüvvələrinin cəlb edildiyi, yaralıların olduğu qeyd edilib.
Həmçinin, tərəflər arasında danışıqların başladığı da bildirilib.
Mənbə: “RİA Novosti”

