Şuşa, sən azadsan!
Şuşa! Necə də gözəl vəsf edib şair misralarında:
“Dağların başı dumanlı, qırmızı koftalı, yaşıl tumanlı”.
Sanki şəninə qurban olduğum bayrağımı təsvir edib təbiətində.

Bir də xarı bülbülü qoynunda böyüdüb, bəsləyib, anatək bağrına basıb bu günümüzə əmanət edən əvəzsiz diyar,müqəddəs torpaqdır Şuşa.Nələr gördü? Hansı əzablara ,vəhşiliklərə dözdü? Nələri özündə aşkar edib,nələri gizlətdi,şəhərlər gözəli! Bəli! Şəhərlər gözəli! Qan-qada,əsirlik, talanma yaşasa da, öz əzəmətini itirmədi. Əsrlərin astanasından,tarixin ədalətsiz keşməkeşindən,xaricindəki və daxilindəki satqınların qürurunu əzməsindən belə üzü ağ çıxdı. Dizləri bükülsə də,sinəsi dağ görsə də,qamətini əymədi,ölmədi Şuşa.Yaşadı,yaşayır və yaşayacaq igidlərin oylağı! Pənahəli xanı, Vaqifi, Bülbülü daha neçə neçə şəxsiyyəti xalqımıza bəxş etdi.Şəninə çox musiqilər, şeirlər, əsərlər yazılsada adına,binalar,küçələr verilsə də, 30 il idi ki,o gözəl nazənimimiz ,ləyaqət və qeyrətimiz mənfur düşmənin əsiri idi.Gözü yolda,ümüdləri puç,arzuları yarımçıq,anasından ayrı körpə kimi boylanırdı Şuşa bizə.Hər qışında dağlarında qarını görmədikcə,hər yazında Xarı Bülbülü dərmədikcə,göy çəmənində,cıdır düzündə düşmən rəqs edib keflənincə lənətləyirdi bəlkədə bizi Şuşa.Bir igid, bir ərən, yeri göyü inlədən dəmir yumruq gözləyirdi,gəlib o nazənini xilas edib,onu ağuşuna alıb,bağrına bassın deyə.Düzdür, ey Şuşa ! yolumuzu çox gözlədin,səni intizarda saxladıq.Amma necə deyərlər: Gec olsun,güc olsun. Bil ki, səni heç umutmadıq, unutdurmadıq! Düşünmə ki, səni bir zamanlar yaradan və qoruyan Pənahəlixan kimi sərkərdə yoxdur.Var! O sərkərdə ki,hər addımında,hər düşüncəsində,siyasət və strategiyasında bir amal,bir vəzifə dururdu qarşısında.Qarabağ! O, Qarabağ ki,əzəli və əbədi torpağımızdır.O, Qarabağ ki, hələ Sovetlərin dövründə bütün təzyiqlərə rəğmən Ulu Öndər Heydər Əliyev qurulmasında müstəsna rol oynadı. Şəhərlərini, qəsəbələrini abad edib, mədəniyyətini,iqtisadiyyatını özünə qaytarıb,cənnətinə cənnət qatdı Qarabağın. Daha sonra sapı özümüzdən olan baltalar,kreslo,vəzifə hərisi olan acgözlər satdı cənnəti düşmənə. Qan qadalar,bəlalara rəğmən məhv etdilər Qarabağı.Amma tarix daim qəhrəmanlarını yetişdirib,yetişdirəcək! Məhz 30 il sonra! Elə bir qəhrəman,elə bir sərkərdə,elə bir Ali Baş Komandan çıxdı ki, meydana cəsarəti dəmir yumruğu, mərdliyi və qorxmazlığı ilə dünyanı lərzəyə gətirdi.Xalq Ulu Öndərin əmanətinə sahib çıxıb,daim ona güvəndi.Bundan sonra da əbədi və müstəqil olaraq dövlətimizin tarixində qızıl hərflərlə adını yazdı o Sərkərdə.Kimdir o qəhrəman? Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyev! Dillərdə hələ əsrlər boyu dastana çevriləcək əzmkarlığı,savadı və qətiyyəti ilə xalqın əsl oğlu vətənin əvəzsiz lideri oldu Cənab Prezident. İstər siyasi masada,istər beynəlxalq arenada başı dik,sözü tam,yumruğu dəmir, baxışları kəskin oldu Prezidentimin.Qələbə onun ilmə-ilmə,gecə-gündüz,usanmadan qurduğu siyasətin bəhrəsi idi. Xalq onun, o xalqın yanında oldu hər zaman.Bir əmri ilə sarıldı silaha igidləri,mərdləri,aslanları.Şığıdı düşmənin üzərinə qartal tək. İrəli,yalnız irəli! hayqırıb namusunu,qeyrətini,şəhidlərin qisasını almağa tələsdi oğulları.Canını,qanını,həyatını,bütün varlığını qoydu ortaya cəngərliyin şirləri canavarları.Arxasına dönüb baxmadan, ”Öldü var,döndü yoxdu”-dedi o möhtəşəm xalqın yenilməz ordusu.Və ən nəhayət 44 günlük vətən müharibəsindən alnı açıq,namusu və qeyrəti təmizlənmiş şəhidinin qisasını almış, torpağı geri qayıtmış xalq oldu xalqım.Qulağımda səslənir Prezidentin kəlməsi ”Şuşa sən azadsan,Şuşa bizimdir,Qarabağ Azərbaycandır”. Bu tək eşitdiyim gözəl kəlam deyil,həm də xalqın qürurunu inamını özünə qaytaran bir çağırış ata ruhu önündə verilən sözə verilən dəyərin və inamla yerinə yetirilməsinin təcəssümüdür.
Cənab Ali Baş Komandan dəyərli xalqın, əziz şəhid övladları, anaları, bacıları, ailələri və dəyərli qazilər! Hər birinizin qarşısında baş əyib Qarabağ problemini illərə, əsrlərə buraxmadığınız üçün minnətdaram. Allahdan Şəhidlərimizə rəhmət,qazilərimizə can sağlığı və Cənab Ali Baş Komandanın xalqımızın və dövlətimizin üzərindən əksik olmamağını diləyirəm.
Kamil Hüseynov,
YAP Yasamal rayon təşkilatının fəalı

