Qeyri-formal təhsil istiqamətində bir çox şirkət və nazirliklərlə birgə layihələr planlaşdırılır
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin yeni sədri Ülkər Səttarova Agentliyin bu il ərzində görəcəyi işlər barədə açıqlama verib.
ARANTV.AZ xəbər verir ki, Ü.Səttarova bildirib ki, bu il 32 universitetin instusional səviyyədə akkreditasiyası gözlənilir: “Bundan əlavə, bir çox universitetin monitorinqi aparılacaq. Eyni zamanda, orta təhsil üzrə “Məktəb inspektoru” layihəsinin genişləndirilməsi nəzərdə tutulur.
Qeyri-formal təhsil istiqamətində bir çox şirkət və nazirliklərlə birgə layihələr planlaşdırılır. Yəni, ali təhsil sənədi tələb olunmayan, məsələn, aşpaz, saç ustası, bərbər, mobil telefon ustası və s. kimi qeyri-formal sahələr üzrə işlər genişlənəcək”.

