YAP-ın 30 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanır
Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanır.
ARANTV.AZ xəbər verir ki, bunu YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında deyib.
O, qarşıda dayanan vəzifələrdən danışıb və bildirib ki, yubiley ili çərçivəsində bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulur.

