Azərbaycan-İran Dövlət Komissiyasının iclası keçiriləcək
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasının bu ilin martında Bakıda keçirilməsi planlaşdırılır.
ARANTV.AZ xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığında bildirilib.

