Siyasət 

Ermənistanın yeni prezidenti o olacaq – Paşinyan sözəbaxan komanda formalaşdırır

Baş nazirə daxili sənədlərə sözsüz imza atan loyal prezident lazımdır, real namizəd kimi xarici işlər nazirinin adı keçir…

Rusiyalı tanınmış politoloq Andrey Petrov deyib ki, Ermənistandakı mövcud qəliz vəziyyətdə baş nazir Nikol Paşinyana müharibədən sonrakı dövr üçün tələb olunan bütün daxili sənədlərə sözsüz imza atan bir loyal prezident lazımdır. Politoloq bu mənada hesab edir ki, Ermənistanın yeni prezidenti Paşinyana tam sadiq bir şəxs olacaq.

“Yeni Müsavat” xəbər verir ki, politoloq bu posta ən bariz namizəd Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı göstərib: “Dörd ilə yaxındır ki, baş nazir ən mühüm vəzifələri məhz Mirzoyana etibar edir. Əvvəlcə o, baş nazirin müavini idi, çünki Paşinyana hökumətin işini sahmana salmaq lazım idi. Sonra parlamentə nəzarəti təmin eləmək üçün parlament sədri oldu. Daha sonra isə müharibədən sonrakı nizamlanma mərhələsində xarici işlər naziri oldu”.

Yeri gəlmişkən, Mirzoyan 44 günlük İkinci Qarabağ müharibəsində üzləşdikləri faciəni özlərini aldatmağın nəticəsi hesab edib. Bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Mirzoyan jurnalistlərə açıqlamasında yalanla yaşamağı dayandırmağı məsləhət görüb: “Bəsdir yalanlarla yaşadıq. Başımıza gələn faciə özümüzü aldatmağın nəticəsidir. Reallığın gözünün içinə baxmaq, bir-birimizlə birbaşa danışmaq, heç nəyi gizlətməmək lazımdır”, – o bildirib.

Nazir müxalifətin Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlarla bağlı tənqidinə cavab verməkdən də yayınıb. Ancaq bununla belə, 1990-cı illərdən Türkiyə ilə vaxtaşırı danışıqların və ya yazışmaların aparıldığını, lakin bu barədə cəmiyyətə məlumat verilmədiyinin necə ortaya çıxdığını izah etməyi xahiş edib: “Biz uzunmüddətli və sabit sülhə sadiqik”, – A.Mirzoyan qeyd edib.

Bəs Mirzoyanın bu dəfə prezident postuna gətirilməsi ehtimalı necədir? Yeni prezidenti kim olmasının Ermənistanla sülh müqaviləsinin imzalanması baxımından Azərbaycan üçün bir önəmi varmı?

“İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyanın da adı prezidentliyə namizəd kimi keçir. Həmçinin hakim “Vətəndaş müqaviləsi” partiyasından Araik Arutunyanın  namizəd olaraq adı hallanır. Ancaq kimin daha şanslı olduğunu söyləmək hələlik mümkün deyil.

Arzuxan Əlizadə — Vikipediya

 Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, hələ bir müddət əvvəl Ermənistan parlamentində konstitusiyaya dəyişikliklə bağlı təkliflər səslənirdi. AMİP lideri qeyd edir ki, əsasən Paşinyanın parlamentindən olan deputatlar prezident üsul-idarəsinə qayıdışla bağlı fikirlər irəli sürürdü. “Ermənistanda indi prezidentin böyük səlahiyyətləri yoxdur. Bundan sonra konstitusion dəyişikliklər olacaqsa, Paşinyan özü prezident olmaq istəyəcək. Ona qədər isə özünə yaxın, sözəbaxan birinə dəstək verməyə çalışacaq. Fikrimcə, parlamentin əksər hissəsi də Paşinyanın namizədini dəstəkləyəcək. Ona görə Mirzoyan da, başqası da ola bilər. İstənilən halda onun qərarlarına dəstək verə bilən namizədi irəli sürəcək”.

A.Əlizadə hesab edir ki, ümumiyyətlə, keçmiş prezident Armen Sərkisyanla baş nazir Nikol Paşinyan arasında fikir ayrılığı var idi: “Xüsusən baş qərargah rəisinin işdən azad olunması ilə əlaqədar tərəflərin mövqeyində kəskin fərq yaranmışdı. Ona görə Paşinyan loyal, özünə yaxın adam olmasını istəyir”.

Politoloq: “ABŞ-ın yeni hökuməti İran siyasətini dəyişməyəcək” -  29.11.2020, Sputnik Azərbaycan

 Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, Paşinyan parlament üsul-idarəçiliyini dəyişməyə hazırlaşır. Onun fikrincə, yeni prezident müvəqqəti bu postda qalacaq: “Ermənistan referenduma gedəcək və prezident idarəçiliyinə qayıdacaq. Paşinyan anlayır ki, parlament üsul-idarəsi ona başağrısıdır. Ölkəni bir əl idarə etməlidir və ona görə də konstitutsion dəyişikliklər labüddür. Eyni zamanda, baş nazir komandanı təmizləməklə məşğuldur. Müdafiə nazirini, xarici işlər nazirini dəyişdi, indi də prezidentlə yolları ayırdı”.

Ekspert Paşinyanla Mirzoyanın mövqelərinin üst-üstə düşdüyünü hesab edir: “Amma Araik Arutunyanın da adı keçir. Hər kim olacaqsa, baş nazirin sözünü eşitməlidir, müqavimət göstərməməlidir. Misal üçün, sabiq xarici işlər naziri Ara Ayvazyan Paşinyanın kursuna qarşı çıxırdı. Keçmiş prezident Sərkisyan da eynilə onunla işləmək istəmədi. İndi sözəbaxan komanda formalaşdırılır”.

Daha çox xəbərlər