Hadisə 

Sumqayıtda qadın meyiti aşkarlanıb

Sumqayıtda qadın meyiti aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Hüseynova Həqiqət Sərdar qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Daha çox xəbərlər