Gündəm 

Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaradıb – Birinci vitse-prezidentin köməkçisi

Azərbaycan öz ərazilərini işğaldan azad etməklə yalnız ədaləti bərpa etməyib, Cənubi Qafqazda sülh, sabitlik və inkişafa geniş yol açan yeni reallıq yaradıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov deyib.

O bildirib ki, Azərbaycan və Ermənistanın sülh şəraitində yaşamasına alternativ yoxdur.

“Azərbaycan nümayiş etdirir ki, sülhə hazırdır. Azərbaycan gələcəkdə yeni müharibə, dağıntıları istisna edir”, – deyə o bildirib.

Daha çox xəbərlər