Azərbaycanın Rusiyaya ixracı ötən il kəskin artıb

Azərbaycanın Rusiyaya ixracı ötən il kəskin artıb

Ötən il Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin həcmi 2,995 mlrd. ABŞ dolları təşkil edib. Bu, illik müqayisədə 12,1% çoxdur.

ARANTV.AZ-ın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə ölkənin Rusiyaya ixracı 29,8% artaraq 920,820 mln. dollar, idxalı isə 5,7% artaraq 2,074 mlrd. dollar təşkil edib.

Nəticədə, 2021-ci ildə Azərbaycanın Rusiya ilə ticarətində 1,153 mlrd. dollarlıq mənfi saldo yaranıb ki, bu da 2020-ci illə müqayisədə 7,9% azdır.