“Omikron”a yoluxanlar ən çox bunlardan şikayət edirlər
Koronavirusun “Omicron” ştamının simptomları çox vaxt kəskin respirator infeksiya simptomlarına bənzəyir.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, yeni ştam əsasən yuxarı tənəffüs yollarına – burun və boğaza təsir edir, koronavirus infeksiyasının digər ştammlarına nisbətən ağciyərlərə daha az yayılır.
“”Omicron”un ən çox qeydə alınan simptomları – baş ağrısı, burun axması və boğaz ağrısıdır. Həmçinin, yeni ştama yoluxmuş şəxslər yorğunluq, qızdırma, bədən ağrıları və gecə tərləmələrindən şikayətlənirlər”, – deyə o əlavə edib.

