Səfirimiz Rəsulzadənin məzarını ziyarət edib FOTO
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və səfirliyin əməkdaşları Ankarada Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.
ARANTV. AZ xəbər verir ki, bu barədə məlumatı səfir “Tvitter” hesabında paylaşıb.
Qeyd olunub ki, ziyarət M. Ə. Rəsulzadənin anadan olmasının 138-ci ildönümü günü baş tutub.





