Hadisə 

Qazaxda məktəblini bıçaqlayanın kimliyi BİLİNDİ – YENİLƏNİB

Qazaxda məktəblini bıçaqlayanın kimliyi bilinib.

ARANTV.AZ-ın məlumatına görə, Yunis Yolçuyevi bıçaqlayan şəxs 2006-cı il təvəllüdü, 10-cu sinif şagirdi Qaraca Vəliyevdir.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Q.Vəliyev Y.Yolçuyevin çiyin nahiyəsindən bir bıçaq zərbəsi endirib. Onun vəziyyəti stabildir.

13:16

Qazaxda bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə şəhərdə yerləşən 2 saylı tam orta məktəbdə qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Yunis Yolçuyev bıçaqlanıb.

Hadisəni Y.Yolçuyevin sinif yoldaşlarından birinin törətdiyi ehtimal edilir.

Daha çox xəbərlər