ABŞ-da gözəllik müsabiqəsi qalibinin qorxunc ölümü ölkəni şoka saldı – FOTO
2019-cu ilin ABŞ gözəli Çesli Krist Nyu-Yorkda ölmüş vəziyyətdə tapılıb.
Bu barədə yerli hüquq mühafizə orqanlarından məlumat verilib.
İlkin ehtimallara görə o, intihar edib.
Kristin cəsədi 60 mərtəbəli göydələnin yanında tapılıb. Müsabiqənin 30 yaşlı qalibi binanın 9-cu mərtəbəsində yaşayırmış, lakin onu sonuncu dəfə 29-cu mərtəbədə terasda görüblər.
Nəşrin məlumatına görə, Krist ölümündən əvvəl hər şeyini anasına həvalə etmək istədiyini bildirən qeyd qoyub.
Həmçinin o, ölümündən bir müddət əvvəl “Instagram” hesabında paylaşım edərək, “Qoy, bu gün sizə sülh gətirsin” şərhi ilə şəklini dərc edib.
Qeyd edək ki, Krist 2002-ci ildə “Miss şimali Karolina” seçilib, 17 il sonra isə “Miss ABŞ” titulunu qazanıb. Son illərdə Krist hüquqşünas və teleaparıcı kimi çalışıb. 2019-cu ilin oktyabr ayında o, Ümumdünya Psixi Sağlamlıq Günü münasibətilə keçirilən tədbirdə çıxış edərək psixoterapiyadan keçdiyini açıqlamışdı.
Mənbə: RİA Novosti

