Bakıda avtomobil ana və qızını vurub
Bakıda ana və qızını avtomobil vurub.
“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
1961-ci il təvəllüdlü Abdullayeva Tahirə İbrahim qızı və övladı – 1989-cu il təvəllüdlü Abdullayeva Şəfa Cənnətalı qızı yolu keçərkən avtomobil onları vurub.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

