Afət Fərmanqızının əri SAXLANILDI – VİDEO
Müğənni Afət Fərmanqızının bir neçə həftə əvvəl ailə qurduğu Mamed Nanacanov polis tərəfindən saxlanılıb.
O, bu barədə özünün sosial media hesabında məlumat yayıb.
Müğənni qeyd edib ki, buna səbəb onun bir şəxsi təhqir etməsi olub:
“Xəzər Rayon Polis İdarəsi səhər saatlarında həyat yoldaşımı saxlayıb. Səbəb kimi göstərilir ki, Vaqif İsayev adlı şəxsi təhqir edib. Bu şəxsin həyat yoldaşıma 200 min dollar borcu var. Binanın sahibidir, yeddi ildir deyir pulu qaytaracağam, amma qaytarmır. Həyat yoldaşım da əsəblərinə hakim olmayıb onu təhqir edib. Əgər təhqirə görə adam həbs olunursa, biz müğənniləri gündə onlarla, yüzlərlə təhqir edən var. Niyə onlar həbs olunmur? Dəfələrlə məni təhqir edəni şikayət etmişəm, tapıb gətirilib, bölmədə başa salınıb, deyilib etika qorunmalıdır, olmaz və sərbəst buraxılıb. Nanacanovla həmin insanların fərqi nədir? İş adamıdır deyə saxlamaq lazımdır?”
Afət əlavə edib ki, həyat yoldaşı Rusiya vətəndaşıdır və orada çalışır.

